18 
May
2018
18:40
114
69
3170
Virtual karabakh

“WorldFood Azerbaijan 2018” - FOTOREPORTAJ

18 May, 2018
18:40
3170

“WorldFood Azerbaijan 2018” - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 16-da Bakı Expo Mərkəzində işə başlayan XXIV Azərbaycan Beynəlxalq Qida sənayesi “WorldFood Azerbaijan 2018” adlı sərgi bu gün, mayın 18-də yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, sərginin keçirilməsində əsas məqsəd iştirakçıların bazarda təqdim edilməmiş yeni məhsullarını nümayiş etdirməkdir.

Sərgidə Azərbaycan, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan, Macarıstan və digər ölkələrin aparıcı şirkətləri iştirak ediblər.

Sərgiyə paralel olaraq Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “IPACK Caspian 2018” sərgisi də keçirilib. Sərginin iştirakçıları arasında tara və qablaşdırma, eləcə də onların istehsalı üçün müxtəlif həll variantlarını təklif edən Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin bir sıra şirkətləri yer alıb. 

Bununla yanaşı, sərgidə ilk dəfə olaraq "yeniliklər vitrini" də təşkil olunub.

FOTO: Sadiq Fərzəlibəy
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri