21 
May
2018
23:48
44
507
25676
Virtual karabakh

Bakıda kafedə partlayış: İki nəfər ölüb - YENİLƏNİB + VİDEO + FOTO

21 May, 2018
23:48
25676

Bakıda kafedə partlayış: İki nəfər ölüb - YENİLƏNİB + VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi rayonunda kafedə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

16:43

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə partlayış baş verməsi barədə məlumat yayıb.

FHN-dən Oxu.Az-a verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan iki nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Daha iki nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Əlavə məlumat veriləcək.

16:32

Bakıda kafedə yanıq xəsarətləri alan şəxslərin kimliyi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, yaralılardan biri qadın, biri kişidir.

Onlar İbrahimov Natiq və İbrahimova Şəkər adlı şəxslərdir. 

İbrahimov Natiq həmin kafenin müdiri, qardaşının arvadı İbrahimova Şəkər isə aşpaz kimi fəaliyyət göstərib.

15:57

Bakıda, Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə partlayış baş verib.

Oxu.Az-ın xəbərinə görə, partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.

15:52

Bakıda kafedə partlayış olub.

Oxu.Az-ın xəbərinə görə, hadisə Binəqədi rayonunda, “Elit” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Xəsarət alanlar var. 

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Elvin Paşazadə
Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri