21 
May
2018
16:10
15
131
10804
Virtual karabakh

Alpinistlərin meyiti ilə bağlı ilkin ekspertiza rəyi açıqlandı

21 May, 2018
16:10
10804

Alpinistlərin meyiti ilə bağlı ilkin ekspertiza rəyi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada meyitləri tapılan alpinistlər üzərində aparılan ilkin müayinələrin nəticələri açıqlanıb.

Oxu.Az-ın Trend-ə istinadən xəbərinə görə, ilkin baxış zamanı meyitlərin üzərində heç bir sınıq, xəsarət və travma izi aşkar edilməyib.

Hazırda meyitlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bakı şəhərində yerləşən laborator şöbələrində müayinələr aparılır.

Müayinələr başa çatdıqdan sonra müvafiq rəy tərtib ediləcək və nəticələr Quba rayon Prokurorluğuna təqdim ediləcək.

Alpinistlərin dəqiq ölüm səbəbləri isə müayinələr başa çatdıqdan sonra məlum olacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri