21 
May
2018
16:36
69
217
4610
Virtual karabakh

Balıq ovu ilə bağlı cəzalar sərtləşdirildi - VİDEO

21 May, 2018
16:36
4610

Balıq ovu ilə bağlı cəzalar sərtləşdirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qanunvericiliyə uyğun olaraq normativ aktlar çərçivəsində sentyabr ayının 1-nə kimi sənaye balıq ovuna qadağa qoyulub.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşı İsmayıl Yunusov deyib.

O bildirib ki, qadağanın əsas məqsədi balıqların sayının artırılmasından ibarətdir:

“Mayın 1-dən başlayaraq, sentyabr ayının 1-nə qədər bütün növ balıqların su hövzələrindən tutulmasına qadağa qoyulub. Qadağanın əsas məqsədi balıqların yaz-yay mövsümündə artma-çoxalma dövrünü nəzərə alaraq, dəniz və göllərdə onların sayının artırılmasıdır. Bu müddət ərzində bütün balıq ovu alətləri su hövzələrindən yığışdırılmalıdır”.

İ.Yunusov qeyd edib ki, qadağaya əməl etməyən şəxslər barəsində protokol tərtib edilərək, cərimə tətbiq olunacaq:

“Təkcə ötən ilin dörd ayı ərzində qanunsuz balıq ovu ilə məşğul olan 50 nəfər barəsində qanunamüvafiq şəkildə cəza tədbiri görülüb. Akta əsasən, qanunsuz şəkildə sənaye balıq ovu ilə məşğul olanlara 2000 manatdan 3000 manatadək cərimə tətbiq ediləcək.

Əgər bu qanunsuzluq təkrarən baş verərsə, 3000 manatdan 6000 manatadək cərimə və yaxud iki il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq”.

Qurum rəsmisi bildirib ki, artıq bu kimi halların qarşısının alınması üçün əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri