21 
May
2018
17:13
137
22
1651
Virtual karabakh

Ətraf mühiti çirkləndirən şəxs cərimələnib

21 May, 2018
17:13
1651

Ətraf mühiti çirkləndirən şəxs cərimələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu Nobel prospekti 159 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexindən gələn iy-qoxu ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı avtomobil təmir sexinin qarşısında müxtəlif növ tullantıların qalaqlanması faktı aşkar edilib. 

Araşdırma zamanı tullantıların sözügedən sexə məxsus olduğu məlum olub.

Faktla bağlı təmir sexinin icarədarı Qorxmaz Hüseynov barəsində akt və protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri