21 
May
2018
17:44
39
343
17693
Virtual karabakh

Bayılda bina çökdü - FOTO + VİDEO

21 May, 2018
17:44
17693

Bayılda bina çökdü - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bayıl yamacında Buxta küçəsi, 9 ünvanındakı sürüşmə ərazisinə 11 mayak quraşdırılıb.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, Buxta küçəsi, 9 ünvanında sürüşmə ərazisində İbrahim Məmmədov, 2-A küçəsində yerləşən binanın sütununda çatlar əmələ gəlib:

“Ərazidə 16 mərtəbəli binaya bitişik bina tikilib. Həmin binanın sütunun birində çökmə müşahidə edilib. Bitşik binanın sütun arası 10-15 santimetr çöküb”.

Ə. Qaralov qeyd edib ki, ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində dəyişikliklərin olub-olmadığı müəyyənləşdiriləcək:

“Bir saatdan sonra bizim əməkdaşlar ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində hansı dəyişikliklərin olması barədə məlumat verəcəklər”.

Qeyd edək ki, Bayıl yamacında - “Buxta 9” ünvanında yerləşən yaşayış binalarında sürüşmə-çökmə prosesləri mayın 3-də başlayıb, mayın 14-15-də isə proses artıq fəallaşıb. Nəticədə 3-4 bina tamamilə dağılıb, 20 ev isə təhlükə zonasında yerləşir.

Elvin Paşazadə
Foto: Elnur Uğur
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri