25 
May
2018
15:54
234
71
9451
Virtual karabakh

İstirahət günlərində leysan gözlənilir

25 May, 2018
15:54
9451

İstirahət günlərində leysan gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən Oxu.Az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaz bölgəsində iki gün ərzində yağışlı hava şəraiti müşahidə olunacaq, mayın 26-sı axşama doğru, 27-si gecə və səhər ayrı-ayrı rayonlarda yağışın leysan xarakterli olacağı gözlənilir.

Mayın 27-si axşama doğru yağış tədricən kəsiləcək. Havanın temperaturu mayın 26-da 24-29, dağlıq rayonlarda 14-17, mayın 27-də dağətəyi rayonlarda 18-22, dağlıq rayonlarda 12 dərəcəyədək  isti olacaq.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Lakin mayın 27-də gündüz hava əsasən yağmursuz olacaq. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında da arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Mayın 27-si gündüz yağış tədricən kəsiləcək. Havanın maksimal temperaturu mayın 26-sı 28-33, mayın 27-də isə 22-27 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da arabir yağış yağacağı gözlənilir. Mayın 27-si gündüz  yağış kəsiləcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Paytaxtda yaxın iki gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu mayın 26-sı 25-30 dərəcə isti təşkil edəcək.

Mayın 27-si  səhər qısamüddətli yağış yağacağı ehtimalı var, ötən günlərlə müqayisədə sərin hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu 20-24 dərəcə isti təşkil edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri