25 
May
2018
16:36
330
41
10957
Virtual karabakh

Azadlıqda - FOTOREPORTAJ

25 May, 2018
16:36
10957

Azadlıqda - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə  məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın xəbərinə görə,  607 məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.

Bundan başqa, doqquz məhkum şərti azadlıqdan məhrumetmə, altı məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib. Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.

Oxu.Az-ın fotoqrafı Sadiq Fərzəlibəy 10 və 16 saylı cəzaçəkmə müəssisələrində məhkumların əfv olunması prosesini müşahidə edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri