25 
May
2018
20:36
34
450
4772
Virtual karabakh

Gürcüstanda azərbaycanlı tələbə çayda boğulub

25 May, 2018
20:36
4772

Gürcüstanda azərbaycanlı tələbə çayda boğulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kür çayının Rustavi şəhərindən keçən hissəsində azərbaycanlı tələbənin meyiti tapılıb. 

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə iki gün bundan əvvəl baş verib.

“Bizə Tbilisi Humanitar Universitetinin II kurs tələbəsi Tağı İsgəndərzadənin suda boğularaq ölməsi barədə məlumat daxil olub.

Artıq meyiti ekspertizadan keçirilib və yaxın günlərdə ailəsinə təhvil verilməsi üçün Azərbaycana göndəriləcək”, -deyə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildiriblər.

Xatırladaq ki, T.İsgəndərzadənin paytaxt Tbilisidə özünü Kür çayına ataraq intihar etdiyi ehtimal olunur.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri