10 
İyn
2018
15:31
75
457
34355
Virtual karabakh

Şöbə rəisi yanacaqdoldurma məntəqəsində öldü – FOTO

10 İyn, 2018
15:31
34355

Şöbə rəisi yanacaqdoldurma məntəqəsində öldü – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

Oxu.az xəbər verir ki, şəhərin mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olan “KİA” markalı avtomobilin sürücüsü qəfil keçinib.

Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları çağırılıb. Aparılan araşdırmalar zamanı ölən şəxsin 1959-cu il təvəllüdlü Quliyev Rövşən olduğu məlum olub.

Şahidlərin sözlərinə görə, o, benzin doldurmaq üçün məntəqəyə daxil olub, avtomobili saxlayıb, mobil telefonuna baxdıqdan sonra qulağından qan gəlib və huşunu itirib.

Həmçinin mərhumun rayonlardan birində şöbə rəisi olduğu qeyd edilib.

Faktı Sumqayıt şəhər prokurorluğu araşdırır.

Samir İsayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri