12 
İyn
2018
14:07
390
56
3179
Virtual karabakh

Ət kəsimi küçələrdən yığışdırılacaq

12 İyn, 2018
14:07
3179

Ət kəsimi küçələrdən yığışdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan ərazisində iri və xırdabuynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsimi məntəqələrində həyata keçiriləcək”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin direktoru Qoşqar Təhməzli deyib.

O bildirib ki, həmin məntəqələrin müəyyənləşdirilməsi ilə bağlı yerli icra orqanları hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib.

Q.Təhməzlinin sözlərinə görə, şəhər və rayonlardakı əhalinin sayına, eləcə də, orada yerləşən heyvandarlıq təsərrüfatlarına görə hər zonada neçə ət kəsimi məntəqəsinin fəaliyyətə başlayacağı müəyyən ediləcək:

“Bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar Agentliyə müraciət edə bilərlər”. 

Məlum olub ki, Azərbaycan ərazisində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin sayı və onların sanitar-gigiyenik vəziyyəti monitorinq olunacaq. Eləcə də, Azərbaycan ərazisində nə qədər ət kəsimi məntəqəsinə ehtiyac olduğu müəyyənləşdiriləcək.

Azərbaycanda xırda və iribuynuzlu heyvanların bütün baytarlıq-sanitar və sanitar-gigiyenik normalara və qaydalara əməl olunmaqla kəsimi və satışı təmin olunduqdan sonra küçə və meydançalardan qeyri-qanuni ət kəsimi və satışı yığışdırılacaq”.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri