12 
İyn
2018
17:04
78
33
2699
Virtual karabakh

Nazirlik sex sahibini cərimələdi - FOTO

12 İyn, 2018
17:04
2699

Nazirlik sex sahibini cərimələdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Quba rayonu ərazisində keçirilən reyd zamanı Zərdabi qəsəbəsi ərazisində Taleh Qəribova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,7 kub metr həcmində fıstıq cinsli meşə materialı aşkar edilib. 

Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 812,35 manat məbləğində cərimə tətbiq edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri