13 
İyn
2018
13:30
65
13
1733
Virtual karabakh

“Gələcəyimizi indidən düşünək” adlı sosial layihəyə start verilib

13 İyn, 2018
13:30
1733

“Gələcəyimizi indidən düşünək” adlı sosial layihəyə start verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyinin dəstəyi, “Community.az” və “Green Line” şirkətlərinin təşəbbüsü, “AtaBank” ASC-nin baş sponsorluğu ilə “Məktəb icmaları” layihəsi çərçivəsində iyun ayından etibarən “Gələcəyimizi indidən düşünək” adlı sosial layihəyə start verilib. 

Layihənin təşkil olunmasında əsas məqsəd gənclərə peşə seçimində kömək etmək, onların asudə vaxtının səmərəli təşkili, işsizlik probleminin aradan qaldırılması və karyera quruculuğuna dəstək olmaqdır.

Layihə “Pasha Holdinq”, “CinemaPlus”, “Mcdonalds Azərbaycan”, “107.7 Avto fm”, “Gunel Behbudova Haute-Couture”, “Fleuriste flowers and events”, “Pullman Hotel Baku”, “Garage Bistro”, “Face Studio”, “Burj Qala” , “Pak Dad” və “De Facto” şirkətlərinin dəstəyi ilə həyata keçiriləcək.

Burada 11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin IX sinif şagirdləri üçün bilik və bacarıqların artırılması məqsədi ilə bir sıra tədbirlər, təqdimatlar keçiriləcək. Bu tədbirlər uşaqların istedad və bacarıqlarına uyğun olaraq, bərbər, dərzi, avtomexanik, florist, fotoqraf və digər ixtisaslar üzrə təşkil olunacaq.

Qeyd edək ki, peşə seçimi və ictimaiyyətə düzgün inteqrasiya mövzularında  “Green Line” şirkətinin peşəkar psixoloqlar komandası tərəfindən keçiriləcək təlimlərə mühüm yer ayrılır. 

Bir ay davam edəcək layihə ərzində peşə sahələri üzrə ümumi məlumatlar veriləcək, praktika əsasında təcrübələr keçiriləcək, şirkətlərin iş prosesinə ekskursiyalar təşkil olunacaq.

Layihənin yekununda potensial peşə-ixtisas sahələri və özünüinkişaf bacarıqları üzrə əldə etdikləri ilkin biliklər məktəblilərin arzu və amallarının gerçəkləşməsinə dəstək olacaq.

Layihə ilə bağlı “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı bildirib ki, “AtaBank” hər zaman sosial layihələrə çox böyük önəm verib.

Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən bu layihəyə qoşulmağımızda məqsəd internat tipli tədris müəssisələrində təhsil alan uşaqların yetişkin həyatlarında ilk addımlarını daha inamla atmaqlarına kömək göstərə bilməkdir.

Layihə çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Biz “AtaBank” olaraq gələcəkdə də bu kimi sosial layihələrə dəstək olacağıq”.

İyun ayının sonunda hesabat tədbiri və 11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin şagirdləri ilə birgə hazırlanan qısametrajlı filmin nümayişi keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri