13 
İyn
2018
13:29
94
37
5090
Virtual karabakh

Təhsil naziri “Son zəng”lə bağlı əmr imzaladı

13 İyn, 2018
13:29
5090

Təhsil naziri “Son zəng”lə bağlı əmr imzaladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil naziri Ceyhun Bayramov “Son zəng” tədbiri haqqında əmr imzalayıb. 

Oxu.Az-ın məlumatına görə, müvafiq əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. 

Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib.

Yerli təhsili idarəetmə qurumları tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Əmrin icrasına nəzarət Aparat rəhbəri vəzifəsini icra edən, müşavir Muxtar Məmmədova həvalə olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri