13 
İyn
2018
19:12
118
50
4710
Virtual karabakh

“Nar”dan Naxçıvan üçün xüsusi təklif

13 İyn, 2018
19:12
4710

“Nar”dan Naxçıvan üçün xüsusi təklif

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nar” operatoru Naxçıvan üçün xüsusi təkliflə çıxış edib. Artıq “Turbo L” paketini 50% endirimlə əldə etmək mümkündür.

Oxu.Az xəbər verir ki, paketi aktivləşdirən abunəçi 1,5 GB interneti 3 AZN-ə əldə edir.

“Turbo L” paketini 11-15 iyun tarixləri arasında sifariş edən bütün abunəçilər bu endirimdən yararlana biləcəklər. Paketin istifadə müddəti 30 gündür. İstifadə müddəti bitdikdən sonra paket standart şərtlərlə avtomatik olaraq aktivləşir.

Kampaniyaya qoşulmaq üçün *777#04#yes yığmaq və ya +L yazıb 777 nömrəsinə göndərmək lazımdır. Bonusları yoxlamaq üçün isə *777#20#YES yığmaq kifayətdir. Bu təklif yalnız müvafiq SMS bildirişini alan “Nar” abunəçilərinə şamil olunur. Kampaniya haqqında daha ətraflı məlumatı aşağıdakı keçid vasitəsilə əldə etmək olar: https://www.nar.az/turbo-l-nakhchivan  

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.

“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri