14 
İyn
2018
12:55
19
156
4453
Virtual karabakh

İki çimərlikdə təhlükə aşkarlandı

14 İyn, 2018
12:55
4453

İki çimərlikdə təhlükə aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çimərliklərdə dəniz suyundan götürülən nümunələrin nəticələri məlum olub.

Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, mayın 21-dən çimərliklərdə dəniz suyunun monitorinqləri aparılır:

“Suyun tərkibi radioloji, kimyəvi və toksikoloji analizlərdən keçirilib. 

Qaradağ rayonunun “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərində dəniz suyunun normadan dəfələrlə artıq çirklənməsi müşahidə edilib. Bağırsaq çöpləri aşkarlanıb. Digər ərazidə yerləşən çimərliklər isə standartara cavab verir.

Ziyəddin Kazımov qeyd edib ki, dəniz suyundan nümunələrin götürülməsi oktyabrın 1-dək hər 15 gündən bir aparılacaq.

Qeyd edək ki, iyunun 15-dən Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə çimərlik mövsümü açıq elan edilir.

İlhamə Əbülfət 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri