14 
İyn
2018
16:03
10
41
1772
Virtual karabakh

Magistraturaya ixtisas seçimi müddəti uzadılıb

14 İyn, 2018
16:03
1772

Magistraturaya ixtisas seçimi müddəti uzadılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, seçim iyunun 20-si saat 10:00-dək davam edəcək. 

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri