14 
İyn
2018
17:02
176
32
19588
Virtual karabakh

Bu il veriləcək fitrə zəkatının məbləği açıqlanıb

14 İyn, 2018
17:02
19588

Bu il veriləcək fitrə zəkatının məbləği açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Azərbaycanda fitrə zəkatının adambaşına veriləcək məbləği açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən Oxu.Az-a verilən məlumata görə, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməyə mükəlləfdir.

Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fitvaya əsasən, Ramazan bayramı iyunun 15-nə təsadüf edəcək.

Ramazan ayı münasibəti ilə bayram namazı sabah səhər saat 09:00-da ölkədə bayram namazı qılınacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri