14 
İyn
2018
18:35
420
55
20683
Virtual karabakh

Uşaqlara işgəncə verən tərbiyəçidən xəbər var

14 İyn, 2018
18:35
20683

Uşaqlara işgəncə verən tərbiyəçidən xəbər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi barəsində həbs qətimkan tədbiri seçilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov məlumat verib. Onun sözlərinə görə, Füruzə Tağıyeva Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, F. Tağıyeva Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə azyaşlılarla kobud davranmaqda və onları döyməkdə günahkar bilinir.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və F. Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri