16 
İyn
2018
22:13
15
327
4806
Virtual karabakh

Biləsuvarda ağır qəza: Ölən və yaralılar var

16 İyn, 2018
22:13
4806

Biləsuvarda ağır qəza: Ölən və yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvarda yol qəzası nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. 

Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonunda “Mercedes” və “VAZ” markalı avtomobillər toqquşub. 

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı avtomobildə sıxışmış vəziyyətdə qalmış sürücünün cəsədini, xəsarət almış iki nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat başa çatıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri