17 
İyn
2018
00:04
15
319
3902
Virtual karabakh

İmişlidə “Mercedes” və “VAZ” toqquşdu: Bir ölü, iki yaralı

17 İyn, 2018
00:04
3902

İmişlidə “Mercedes” və “VAZ” toqquşdu: Bir ölü, iki yaralı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişlidə bir nəfərin ölümü və iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, qəza rayon ərazisindəki “9 saylı” adlanan məcburi köçkün qəsəbəsində baş verib.

Məlumata görə, “Mercedes” və “VAZ 2106” markalı avtomobillərinin toqquşması nəticəsində "Mercedes"in sərnişini, Cəbrayıl rayonundan məcburi köçkün, 1987-ci il təvəllüdlü Bəyməmmədov Xalid Məmmədbağı oğlu ölüb.

Sürücü, qəsəbə sakini 1948-ci il təvəllüdlü Mehrəliyev İlyas Məhəmmədəli oğlu ağır xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. İ.Mehrəliyev əməliyyata götürülüb, vəziyyəti ağırdır.

“VAZ”ın sürücüsü Cəbrayıl rayonundan məcburi köçkün, 1983-cü il  Quliyev Azər Hüseyn oğlu vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.

Araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri