17 
İyn
2018
11:13
28
244
5134
Virtual karabakh

Şamaxıda yol qəzası: Ölən və yaralanan var

17 İyn, 2018
11:13
5134

Şamaxıda yol qəzası: Ölən və yaralanan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə gecə saat 4:00 radələrində yolun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakini 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi “Qazel” markalı yük avtomobili qarşı tərəfdən gələn Göyçay sakini 1998-ci il təvəllüdlü Vasif Cabbarova məxsus “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər – Ucar sakini, 1968-ci il təvəllüdlü Sima Məmmədova və Göyçay sakini, 1985-ci il təvəllüdlü Elmin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Bundan əlavə sürücü, Göyçay sakini Vasif Cabbarov, Şamaxı sakinləri – sürücü Əflatun Feyzullayev, sərnişinlər 1991-ci il təvəllüdlü Nemət Feyzullayev ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri