17 
İyn
2018
20:43
21
568
4591
Virtual karabakh

Sumqayıtda usta damdan yıxılıb

17 İyn, 2018
20:43
4591

Sumqayıtda usta damdan yıxılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində 51 yaşlı usta işlədiyi özəl obyektin damından yıxılaraq ağır xəsarət alıb.

Oxu.Az "Report"un Sumqayıt-Abşeron bürosuna istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin 18-ci məhəlləsində baş verib.

Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Hacıyev Ramiz Məmmədağa oğlu 18-ci məhəllə ərazisində özəl obyektdə usta işlədiyi zaman hündürlükdən yıxılıb. Hadisəyə səbəb kimi xəsarət alan şəxsin obyekt sahibi tərəfindən normadan artıq işlətməsi və heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi göstərilir.

Ramiz Hacıyev hadisədən sonra "təcili tibbi yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri