22 
İyn
2018
13:21
17
199
4270
Virtual karabakh

Bakıda yük maşını sərnişin avtobusuna çırpılıb - VİDEO

22 İyn, 2018
13:21
4270

Bakıda yük maşını sərnişin avtobusuna çırpılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər məsuliyyətsiz sürücülərin idarə etdiyi nəqliyyat vasitələrinin sərnişin avtobuslarının hərəkətində çətinlik yaratması, qəza törətməsi və ya qəza şəraiti yaratması kimi halların sayı xeyli artıb. 

Oxu.Az-ın verdiyi xəbərə görə, Binəqədi rayonu, Biləcəri dairəsində nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib.

Belə ki, yüklə dolu “Shacman” markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını gəldiyi sürətlə “Daewoo” markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. 

Avtobusun salonundakı sərnişinlər arasında ciddi xəsarət alan olmayıb.

Polis faktla bağlı araşdırma aparır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri