22 
İyn
2018
17:53
4
8
931
Virtual karabakh

“İnsan alveri və məcburi əmək” mövzusunda jurnalistlər üçün seminar keçirilib

22 İyn, 2018
17:53
931

“İnsan alveri və məcburi əmək” mövzusunda jurnalistlər üçün seminar keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

22 iyun tarixində “Femida.az” hüquq yüklü xəbər portalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Milli Hüquq Evinin birgə seminarı baş tutub.

Oxu.Az-ın məlumatına görə, tədbirdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi nin əməkdaşı, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Azərbaycan Vəkillər Kollegiyasının üzvü vəkil Ruslan Vəliyev və media qurumlarının əməkdaşları iştirak ediblər.

Seminarda  insan alveri anlayışı, insan alveri qurbanları, onların sosial və hüquqi müdafiəsi, insan alverinə qarşı mübarizə tədbirləri, məcburi əməyə cəlbetmənin insan alveri cinayəti ilə əlaqəsi və başqa məlumatlar verilib.

Seminarda hüquqşünas Sahib Məmmədov qanunsuz miqrasiya, məcburi əmək və insan alveri qurbanları ilə bağlı çıxış edib və məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə əlaqəsindən söz açıb.

Bildirilib ki, məcburi əmək insan istismarının bir formasıdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı isə çıxışında bildirib ki, əvvəlki illərlə müqayisədə insan alveri ilə bağlı faktların sayı artıb.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev isə “İnsan Alveri qurbanlarının mediada konfidensiallığının (anonimliyinin) qorunması” mövzusu ilə seminarda iştirak edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri