23 
İyn
2018
09:25
336
102
12174
Virtual karabakh

O günəmi qalmışıq ki, başımızın üstündə əxlaq polisi dayansın? - RƏY

23 İyn, 2018
09:25
12174

O günəmi qalmışıq ki, başımızın üstündə əxlaq polisi dayansın? - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mən bir millət vəkili bəzi media orqanlarında və sosial şəbəkələrdə açılan müzakirələrdən narahatam. Yəni, insanların geyim, yaşam tərzi ilə bağlı aparılan müzakirələri, səslənən ittihamları, aşağılamaları heç cür doğru bilmirəm və qəbul etmirəm. İnsanların şəxsi həyatına qarışmaq yolverilməz və qəbuledilməz bir haldır.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov deyib.

“Kimsə şortik geyindi, kimsə gödək geyindi və sair, bunun kimə nə dəxli var? Kimsə kimdənsə buna görə icazəmi, “lisenziyamı” almalıdır? Hər kəs bu məsələdə azaddır”-deyən millət vəkili bununla yanaşı, Azərbaycan xalqının öz adət-ənənələrinin, milli dəyərlərinin olduğunu və bunların da diqqətə alınmasının vacibliyini sözlərinə əlavə edib.

“Biz bu məqamları da unutmamalıyıq, hər zaman geymimizə, davranışlarımıza ciddi diqqət yetirməliyik. Başqalarını ittiham etmək, aşağılamaq yerinə, özümüz nümunə olmalıyıq. 

Bəzən belə ifadələr, “təkliflər” səslənir ki, bəlkə bizdə də bəzi ölkələrdə olduğu kimi, əxlaq polisi yaradılsın. Bu, çox yanlış və çox zərərli  bir düşüncədir. Biz məgər o günəmi qalmışıq ki, başımızın üstündə bir əxlaq polisi dayansın? Onda biz kim, nə olarıq? Bizim dəyərlərimiz, əxlaq tərzimiz nə olar? Bununla bütün dəyərlərimizin üstündən bir andaca xətt çəkmiş olmarıqmı? Hesab edirəm ki, belə bir məsələ ola bilməz. Biz özümüz özümüzü tənzimləməli, özümüz özümüzə qiymət verməyi bacarmalıyıq. Başqa bir düşüncə ola bilməz”-deyə, yazıçı sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri