27 
İyn
2018
21:15
54
498
14813
Virtual karabakh

Bakı-Sumqayıt yolunda tıxac yaranıb - YENİLƏNİB

27 İyn, 2018
21:15
14813

Bakı-Sumqayıt yolunda tıxac yaranıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Axşam saatlarında Bakı-Sumqayıt avtomobil yolunda uzun tıxac yaranıb.

Oxu.Az xəbər verir ki, avtomobillərin hərəkətsiz vəziyyətə gəlməsi Bakı-Sumqayıt avtomobil yolunda təmir işlərinin aparılması ilə əlaqədardır.

Tıxac səbəbindən sərnişinlər avtobuslardan və digər minik avtomobillərindən düşərək paytaxta piyada hərəkət etməyə məcbur olublar.

10:21

Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.  

Oxu.Az-ın xəbərinə görə, tıxacın yaranması Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması ilə bağlıdır.

Hazırda Bakı-Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Həmin yolda nəqliyyatın çox aşağı sürətlə hərəkət etdiyi bildirilir.

Bakı-Sumqayıt istiqamətində tıxac Bakının əsas küçə və prospektlərində, xüsusi ilə Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olub.

09:50

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkət hissə-hissə qismən məhdudlaşdırılır.

Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən tətbiq edilib:

“Təmir işlərilə bağlı sürücülər 20 Yanvar dairəsi və “Şamaxinka”dan istifadə etməklə yenidən əsas yola çıxa bilirlər. Bakı Dairəvi-1 avtomobil yolu ilə hərəkətdə olan sürücülər də əvvəlki qaydada maneəsiz olaraq Bakı-Sumqayıt yoluna çıxırlar".

Anar Nəcəfli qeyd edib ki, sürücülərdən sözügedən hissədə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan (Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Bİnəqədi-Novxanı-Corat avtomobil yolları) istifadə etməkləri tövsiyyə olunur.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri