28 
İyn
2018
15:33
208
24
4186
Virtual karabakh

Ekspert: Yeni sürücülük vəsiqələrini xaricdə istifadə etmək mümkün olacaq

28 İyn, 2018
15:33
4186

Ekspert: Yeni sürücülük vəsiqələrini xaricdə istifadə etmək mümkün olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı adlar və soyadlarda Azərbaycan hərfləri ilə əlaqədar düzəlişlər həyata keçiriləcək. Bu hərflər Azərbaycan sürücülük vəsiqəsinin bir sıra dünya ölkələrində tanınmasında problemlər yaradırdı. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov deyib. 

Onun sözlərinə görə, sürücülük vəsiqəsindəki ad və soyadlar latın əlifbası ilə yazılacaq. Misal üçün: Məmmədov Əli Ömər oğlu – Mammadov Ali Omar.

“Məndə olan məlumatlara görə, artıq bu yeniliklərin tətbiqinə başlanılıb. “Ə”, “Ö”, “Ü” hərfləri “A”, “O”, və “U” ilə əvəz olunub”, - ekspert bildirib və qeyd edib ki, 2019-cu il yanvarın 1-dən Azərbaycan sürücülük vəsiqələrini ölkə sərhədlərindən kənarda problemsiz istifadə etmək mümkün olacaq. 

Xatırladaq ki, 2011-ci il martın 29-da Vyana konvesiyasında edilmiş dəyişikliyə əsasən, sürücülük vəsiqələrində ad və soyadlar latın əlifbası ilə yazılmalıdır. Bu səbəbdən Azərbaycan sürücülük vəsiqələri ölkə sərhədlərindən kənarda istifadə oluna bilmirdi. 

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri