İyl
2018
16:19
11
393
2538
Virtual karabakh

Zaqatalada doğuş zamanı körpə öldü

2 İyl, 2018
16:19
2538

Zaqatalada doğuş zamanı körpə öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.

Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, hadisə bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Rayonun Yengiyan kənd sakini, 1990-cı il təvəllüdlü Elyanə Ümid qızı Əlixanova səhər saat 04:00 radələrində xəstəxananın Doğum şöbəsinə doğuş üçün müraciət edib. Saat 08:00 radələrində doğuş zamanı uşaq ölü doğulub.

E. Əlixanovanın qayınatası Nazim Əlixanov bildirib ki, körpənin ölümünə həkim səhlənkarlığı səbəb olub.

N. Əlixanov hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri