İyl
2018
09:34
26
232
15770
Virtual karabakh

“Azərişıq”dan elektrikin verilməsi ilə bağlı - AÇIQLAMA

3 İyl, 2018
09:34
15770

“Azərişıq”dan elektrikin verilməsi ilə bağlı - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Bakı şəhərinin 95 faizində işıqla bağlı problem yoxdur. 

Bunu Oxu.Az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, elektrik enerjisinin verilişinin bərpası ilə hazırlıqlar davam edir:

“Artıq dövlət xəstəxanaları, Bakı Metropoliteni, hərbi hissələr, su-kanalizasiya idarələri və digər dövlət əhəmiyyətli bütün obyektlər elektriklə təmin olunub”.

Tanrıverdi Mustafayev qeyd edib ki, regionlarda qərb və şimal rayonları 100 faizi, digər ərazilərin isə 40-80 faizi enerji ilə təchiz olunub.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri