İyl
2018
11:24
19
155
6460
Virtual karabakh

Provayderlərdən işıq problemi ilə bağlı - AÇIQLAMA

3 İyl, 2018
11:24
6460

Provayderlərdən işıq problemi ilə bağlı - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün gecə saatlarında Mingəçevir ərazisində yerləşən “Azərbaycan” İES-də baş verən qəza ilə bağlı internet provayderlərində müəyyən problemlər yaranıb.

Oxu.Az xəbər verir ki, bəzi iştirakçılar sosial şəbəkələrdə bununla bağlı narazılıqlarını dilə gətiriblər.

Bu məsələ ilə bağlı KATV1 şirkətinin mətbuat xidmətinin rəhbəri Pərvin Sadıqovla əlaqə saxladıq. Qurum rəsmisi problemlərin olduğunu bildirsə də, bunun elə də qlobal olmadığını qeyd etdi:

“Bu, ölkə daxilində yaşanan ümumi problemdir. Amma qlobal problemimiz yoxdur. Bəzi ünvanlarda qəzalar baş verib. Bu da bizdən asılı olmayan səbəblərdən – qəbuledicilər söndüyündən baş verib.

Bu məsələ üzərində bizim briqadalar operativ şəkildə işləyir. Məsələ qısa müddət ərzində aradan qaldırılacaq. Baş stansiyadan həm internet, həm də TV xidmətləri göstərilir”.

“Ailə” TV isə məsələ bağlı istifadəçilərindən üzr istəyib:

“Nəzərinə çatdırırıq ki, ölkə ərazisində elektrik enerjisi təminatında yaranmış kəsinti ilə əlaqədar bu gün iyulun 3-də “Ailə” NET internet xidmətində fasilələr yaranıb. Hal-hazırda internet xidmətininin bərpa olunması istiqamətində işlər aparılır, xidmət qısa zamanda bərpa olunacaq. Yaranmış müvəqqəti narahatlığa görə abunəçilərimizdən üzr istəyirik”.

“Connect” şirkətinin baş ofisi isə telefon zənglərimizə cavab vermək istəmədi.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri