İyl
2018
16:14
39
543
8115
Virtual karabakh

Ölkədə işığın verilişi tam bərpa olunmayıb - YENİLƏNİB

3 İyl, 2018
16:14
8115

Ölkədə işığın verilişi tam bərpa olunmayıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın bir saat ərzində bölgələrə elektrik enerjisinin verilməsi 100 faiz bərpa ediləcək.

Bunu Oxu.Az-a açıqlamasında Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

Onun sözlərinə görə, elektrik enerjisinin verilməsi Bakı üzrə 100 faiz təmin edilib:

“Regionlar üzrə isə bu, 90 faiz təşkil edir. Bir saat ərzində elektrik enerjisinin olmadığı ərazilərdə problem həll ediləcək”.

Yəhya Babanlı qeyd edib ki, bir neçə saat ərzində “Azərbaycan” İES-də iki blok tam şəkildə işə düşəcək.

11:18

Azərbaycanda elektrik enerjisi təchizatı ilə bağlı yaranan problemdən sonra regionlarda işığın verilişi tam bərpa olunmayıb.

Oxu.Az-ın məlumatına görə, hazırda Bərdə, Ağcabədi, Füzuli, Ağdam, Beyləqanda elektrik enerjisinin verilməsi təmin edilməyib. 

Həmin ərazilərdə elektrik enerjisi səhər saatlarında bir saat yarım bərpa olunub. Daha sonra isə işığın verilməsi dayandırılıb. 

İlhamə Əbülfət 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri