İyl
2018
20:06
76
694
36500
Virtual karabakh

Enerji verilişində fasilələr müşahidə olunur - FOTO/VİDEO + YENİLƏNİB

3 İyl, 2018
20:06
36500

Enerji verilişində fasilələr müşahidə olunur - FOTO/VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Gənclik" metrosunda işıqlar yanıb.

Oxu.Az xəbər verir ki, metroda generatorlar işə düşüb.

Ancaq metroya giriş qadağandır.

19:47

Əldə etdiyimiz son məlumatlara görə, hazırda Sumqayıt şəhərində və paytaxt Bakının mərkəzi hissələrində elektrik enerjisinin verilişi bərpa olunub.

19:37

Bakıda bir çox obyektlər fəaliyyətini dayandırıb.

Oxu.Az xəbər verir ki, mağazalarda sakinlərə su satılmır.

Səbəb kimi kassa aparatlarının işləməməsi göstərilir.

Eyni zamanda yanacaqdoldurma mərkəzləri və bankomatlar da fəaliyyətini dayandırıb.

19:28

Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.

Oxu.Az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb.

Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür.

19:24

Son məlumatlara görə, hazırda paytaxtın Xətai, Sabunçu rayonlarında, Salyan rayonu, Şirvan şəhərində, Tovuz və Qəbələ rayonlarında elektrik enerjisi kəsilib.

19:14

"28 mall"da insanlar təxliyyə edilir

Oxu.Az xəbər verir ki, bir çox mağazalar qaranlığa qərq olub.

Bildirilir ki, bu addım qaranlığı fürsət bilib mağazalardan oğurluq etmək istəyənlərin cəhdlərinin qarşısını almaq üçün atılıb.

"Gənclik mall" ticarət mərkəzində də analoji hal yaşanır (foto).

19:10

Paytaxt Bakı ərazisində işıqforlar işləmədiyi üçün hazırda Dövlət Yol Polisinin əməkdaşları yolların nizamlanması ilə məşğul olurlar.

19:01

Bakı Metropoliteninin stansiyalarına giriş-çıxış bağlanıb.

Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropiliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, xətlərdə elektrik enerjisi kəsilib:

"QSC rəhbəri tərəfindən əmr verilib. Qaydalara əsasən, tunellərdən insanlar təxliyə ediləcək".

18:58

Əldə etdiyimiz son məlumatlara görə, hazırda Sumqayıt və Mingəçevir şəhərləri, Oğuz və Qax rayonlarında, Bakının Yeni Yasamal və Nəsimi rayonlarında elektrik enerjisinin verilişi kəsilib.

Bakı-Sumqayıt elektrik qatarının yolda qaldığı bildirilir.

Azəriişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a bildirib ki, problemin nədən qaynaqlandığı araşdırılır:

"Yaranan problemin həlli istiqamətində işlər gedir. İctimaiyyətə məlumat veriləcək".

18:56

Bakıda elektrik enerjisinin verilişində yenidən fasilələr yaranmağa başlayıb.

Oxu.Az-ın məlumatına görə, hazırda paytaxtın Nərimanov rayonu ərazisində işıqlar sönüb.

Bundan başqa, Bakı metropolitenində də işıqlar sönüb və qatarlar tunellərdə qalıb.

Xəbər yenilənir.

www.oxu.Az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri