11 
İyl
2018
10:43
278
19
2141
Virtual karabakh

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

11 İyl, 2018
10:43
2141

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük nəzarəti keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, yoxlama zamanı idman çantasında, 4 ədəd plastik dərman qablarının içərisində ümumilikdə 599 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir və 599 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 23,96 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri