12 
İyl
2018
11:00
38
128
8376
Virtual karabakh

“Paul&Shark” – qarderobunuzda dəniz abu-havası - FOTO

12 İyl, 2018
11:00
8376

“Paul&Shark” – qarderobunuzda dəniz abu-havası - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın ən tanınmış və əfsanəvi brendlərindən olan “Paul&Shark” – Neftçilər pr-ti 151, Port Baku Mall ünvanında öz qapılarını açdı.  

Bu gün 73 ölkədə, 458 şəhər və 474 satış nöqtəsində, dünyanın müxtəlif yerlərərində  brendin məhsullarını tapmaq olar. Mağazalar yalnız Milanda- Via Montenapoleone, Paris - Rue du Faubourg St. Honore, New York - Madison Avenue və digər seçilmiş dəb mərkəzlərində yerləşir.

Paul & Shark tarixçəsi 1921-ci ildə başlanmasına baxmayaraq, öz indiki adını yalnız 70-ci illərdə aldı. 

Şirkətin sahibi Paolo Dini dəniz səyahəti zamanı yelkən üzərində “Paul&Shark” yazısını gördü və bu brendin bütün konsepsiyasını müəyyənləşdirdi. 

“Paul&Shark” brendinin ənənəvi rəngi tünd mavi, hədiyyə qablaşdırması isə xüsusi metal borulardır. 

Mavidən başqa, “Paul&Shark” qeyri-adi rəng ahənglərindən də istifadə edir. Məsələn, bəzi köynəklər məşhur rəssamların əsərlərinin rəng palitrasını təkrar edir. 

Sukeçirməyən parçalardan tikilmiş ultrayüngül godəkçəkərdə hər cür hava şəraitində dənizə çıxmaq olar. “Paul&Shark” mütəxəssisləri parçaların keyfiyyətinə xüsusi fikir verirlər. 

Sukecirməyən Typhoon parçası 20 metr dərinlikdə sınanıb və bir kvadrat santimetr üzərinə 20 000 damcı su təzyiqinə tab gətirə bilər. Həmçinin bu parça ultrafiolet şüalardan qoruyur və hava buraxır. 

“Paul&Shark” brendinin öz moda fəlsəfəsi var. Bu, sözün tam mənasında idman üslublu geyim deyil. 

“Paul&Shark” dənizdə, təbiət qoynunda və ya idman meydançasında keçiriləcək tətil, istirahət və asudə vaxt üçün geyimdir. Brendin alıcıları –dolğun həyat tərzi sürən kişi və qadınlardı.

Brendin məhsullarını 9 iyul tarixindən etibarən əldə etmək olacaq. Butikdə idman, gündəlik və lyuks kişi kolleksiyaları təqdim olunacaq. 

Ünvan Neftçilər pr-ti 151, Port Baku Mall , +994 12 464 07 39

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri