11 
İyl
2018
19:16
23
357
2875
Virtual karabakh

Hacıqabul sakini göldə batıb - YENİLƏNİB

11 İyl, 2018
19:16
2875

Hacıqabul sakini göldə batıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul rayonunun Birinci Udullu kəndi ərazisindəki süni suvarma gölündə batmış oğlanın cəsədi tapılıb.

Oxu.Az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları göldə çimərkən batmış 18 yaşlı kənd sakini Asiman Habil oğlu Həsənovun cəsədini sudan çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

18:29

Hacıqabul rayon sakini göldə batıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Birinci Udullu kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

Əlavə məlumat veriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri