13 
İyl
2018
12:13
59
180
8656
Virtual karabakh

Sığınacaqda yaşayan qızdan atasına məktub: Səni tanımaq istəyirdim

13 İyl, 2018
12:13
8656

Sığınacaqda yaşayan qızdan atasına məktub: Səni tanımaq istəyirdim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində yaşayan 13 yaşlı qız atasına məktub yazıb.

Oxu.Az-ın məlumatın görə, məktubu mərkəzin koordinatoru Vasif Akifli öz “Facebook” hesabında paylaşıb.

“Səni tanımaq istəyirdim. Ən çox sevdiyin rəng, yemək, xoşlamadığın şeyləri bilmək istəyirdim. Səni yaxından tanımaq, sənin haqda çox şey bilmək istəyirəm. Əsas da bir şey niyə, nəyə görə anamı, məni qoydun getdin? İndiki uşaqlarından nə fərqim var? Neyləmişdim sənə? Tam 12 ildir ki, səni görmürəm. Sadəcə bir dəfə gördüm. Kaş görməzdim. Çünki tək səni yox, uşaqlarını və arvadını gördüm. Kaş görməyəydim. Bəzən heç yadıma düşmürsən. Bəzən sənin üçün çox darıxıram. Amma bunu bil ki, səni heç vaxt bağışlamayacağam, ata”, -deyə məktubda qeyd edilib.

İlhamə Əbülfət 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri