13 
İyl
2018
21:52
547
123
4010
Virtual karabakh

Azərbaycanda boşanmaların sayı azalıb

13 İyl, 2018
21:52
4010

Azərbaycanda boşanmaların sayı azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah və 6177 boşanma halları qeydə alınıb.

Oxu.Az Dövlət  Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.

Ötən ilin 5 ayı ilə müqayisədə nikahların sayı 2,4%, boşananların sayı 0,5% azalıb.

Qeyd edək ki, 2017-ci ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23044 nikah və 6207 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə  nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri