15 
İyl
2018
17:47
47
408
46739
Virtual karabakh

İki dövlət qurumu Bakıda çökmüş yola görə bir-birini ittiham edir - FOTO

15 İyl, 2018
17:47
46739

İki dövlət qurumu Bakıda çökmüş yola görə bir-birini ittiham edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb.

Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.

Oxu.Az xəbər verir ki, bu gün günorta saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin verdiyi məlumata əsasən, sözügedən yol 7-8 il bundan öncə  “Bakı Metropoliteni”nin sifarişi ilə metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb. 

Lakin “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumatı təkzib edərək bunun metropolitenlə heç bir əlaqəsi olmadığını deyib. 

Hazırda çökmənin hansı səbəbdən baş verdiyi məlum deyil. Hər iki qurum rəsmisi sosial şəbəkələrdə çökmənin fəaliyyət göstərdikləri qurumla əlaqəsi olmadığını iddia edir.

“O yolu nə Saleh Məmmədov, nə də ki, Azəravtoyol çəkib. Yol 7-8 il bundan öncə metronun tikintisi ilə əlaqədar alternativ yol kimi Bakı Metropoliteni tərəfindən salınıb. Bir də ki, yolun çəkilişində problem olsaydı heç bir il keçməmiş çökməli idi. Çökməyə səbəbin nə olduğu gün ərzində açıqlanacaq. Öncədən səbəb bilinməyə-bilinməyə kimisə ittiham etmək düzgün deyil”- deyə Anar Nəcəfli “Facebook”da şərh olaraq qeyd edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri