20 
İyl
2018
19:47
368
44
10847
Virtual karabakh

Rusiyalı bloger Bakı haqqında yaddaqalan videoçarx hazırladı - VİDEO

20 İyl, 2018
19:47
10847

Rusiyalı bloger Bakı haqqında yaddaqalan videoçarx hazırladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış rusiyalı dizayner, naşir və videobloger Leonid Balanyov Azərbaycana səfərindən sonra hazırladığı və “YouTube”də öz kanalında yerləşdirdiyi 15 dəqiqəlik reportajda ölkəmizə səyahəti zamanı aldığı təəssüratları paylaşıb.

L.Balanyov ölkəmizə Novruz bayramı günlərində azərbaycanlı abunəçilərinin dəvəti ilə gəlib.

Oxu.Az xəbər verir ki, Rusiyalı bloger ailəsi ilə birlikdə ziyarət etdiyi Heydər Əliyev Mərkəzi, İşərişəhər, Azərbaycan Xalça Muzeyi, Dağüstü park və Abşeronun maraqlı yerlərindən hazırladığı reportajı abunəçilərinə təqdim edib.

Cəmi bir neçə gün ərzində tamaşaçılardan reportajla bağlı çoxlu müsbət rəylər alınıb, onların əksəriyyəti isə videoçarxa baxdıqdan sonra dərhal Azərbaycana səyahət etmək istədiyini bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri