24 
İyl
2018
18:38
10
415
8059
Virtual karabakh

Beş yaşlı uşağı öldürən ögey ata: Onu bir-iki dəfə vurmuşam

24 İyl, 2018
18:38
8059

Beş yaşlı uşağı öldürən ögey ata: Onu bir-iki dəfə vurmuşam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə oğlunu öldürən ögey ata ifadə verib.

Oxu.Az-ın məlumatına görə, rayonun Muradxan kənd sakini, 1974-ci il təvəllüdlü Abdulla Abdullayev istintaqa ifadəsi zamanı ögəy oğluna qarşı törətdiyi əməli etiraf edib:

“Qeyri rəsmi münasibətdə yaşadığı Sevanə Yaqubova Astara rayon sakinidir. Biz biz neçə il əvvəl ailə həyatı qurmuşuq.

Həmin müddətdən sona Sevanə azyaşlı oğlu ilə mənim evimdə yaşamağa başladı. Murad çox dəcəl uşaq idi. Hər dəfə onun sakit olması barədə tənbeh edirdim. Amma o, buna məhəl qoymurdu. Buna görə də onu bir-iki dəfə vurmuşam”.

Abdulla Abdullayev azyaşlıya qarşı daim şiddət göstərməsi barədə ittihamı qəbul etməyib.

Qeyd edək ki, iyulun 21-də 2013-cü il təvəllüdlü Murad Yaqubovun çoxsaylı bədən xəsarətləri alması nəticəsində vəfat etməsi faktına görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

İlhamə Əbülfət 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri