Avq
2018
08:23
10
209
6423
Virtual karabakh

Sabunçuda maşın gənc qızı vurub öldürdü

3 Avq, 2018
08:23
6423

Sabunçuda maşın gənc qızı vurub öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə magistral şosenin piyadaların istifadəsi üçün nəzərdə tutulmayan hissəsində baş verib.

26 yaşlı Ağayeva Vüsalə Nazim qızı yol qovşağının altından digər tərəfə keçmək istəyərkən onu naməlum markalı avtomobil vurub. 

Ağır xəsarət alan V.Ağayeva hadisə şahidlərinin köməyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Xəstəxanadan verilən məlumata görə, piyada aqonal vəziyyətdə qəbul edilib. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Hazırda hadisənin hansı şəraitdə baş verməsi, qəzanı kimin törətdiyi araşdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri