10 
Avq
2018
10:57
22
321
15311
Virtual karabakh

Bakıda 21 günün gəlini yoxa çıxdı - VİDEO

10 Avq, 2018
10:57
15311

Bakıda 21 günün gəlini yoxa çıxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 günün gəlini olan 18 yaşlı Lökbatan sakini Səma Qafarova yaşadığı evdən yoxa çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə Səmanın anası Zeynəb Qafarova “Xəzər” TV-yə müraciət edərək məlumat verib.

Anası bildirib ki, Səmadan 6 avqust tarixindən xəbər yoxdur. O, iyul ayının 15-də Səmanın öz istəyilə xalası oğlu ilə evlənib. Aralarında isə heç bir narazılıq olmayıb.

“O, heç yeri tanımır. Evdən bayıra çıxmırdı. Özünəqapalıdır. Ola bilər, azıb, yaxud kimsə başını aldadıb harasa aparıb. Tək qalanda qorxurdu”, - deyə Zeynəb Qafarova bildirib.

Qeyd edək ki, Qaradağ Rayon Polis İdarəsi məsələ ilə bağlı araşdırma aparır.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri