11 
Avq
2018
12:14
204
31
2601
Virtual karabakh

Beyləqan və Oğuzda biçilmiş taxıl sahələrini yandıranlar saxlanıldı

11 Avq, 2018
12:14
2601

Beyləqan və Oğuzda biçilmiş taxıl sahələrini yandıranlar saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyləqan və Oğuz rayonlarında biçilmiş taxıl sahələrini yandıran üç nəfər saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən bildiriblər. 

Avqustun 10-da Beyləqan rayonunun Aşağı Çəmənli kənd sakini Qubad Həsənalıyev özünə məxsus bir hektar biçilmiş taxıl sahəsini yandırıb və alov həmkəndlisi Əli Bədəlova məxsus 0,25 hektar sahəyə keçib.

Həmin gün rayonun Yuxarı Aran kənd sakini Sahil Əzizov həmkəndlisi Gündüz Qarayevə məxsus biçilmiş taxıl sahəsində mal-qara otararkən siqaret kötüyünü söndürmədən yerə atdığı üçün bir hektar ərazidə küləş yanıb.

Yanğınların qarşısı alınıb,  xəsarət alan olmayıb.

Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Q.Həsənalıyev və S.Əzizov saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) ilə protokollar tərtib edilib.

Oğuz rayonunda da biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb. Belə ki, avqustun 9-da Xaçmaz kəndi ərazisində kənd bələdiyyəsinə məxsus 25 hektar biçilmiş taxıl sahəsində küləşi yandırmış sakinlər Sərvan Abdulrəhmanov İlham Cəlilov İXM-nin 244-1-ci maddəsinə (əkin yerinin yandırılması) əsasən məsuliyyətə cəlb edilərək hər biri 400 manat məbləğində cərimə ediliblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri