13 
Avq
2018
09:55
80
214
4584
Virtual karabakh

Azərbaycanda evində nadir quş saxlayan vətəndaşı cərimələdilər

13 Avq, 2018
09:55
4584

Azərbaycanda evində nadir quş saxlayan vətəndaşı cərimələdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Oğuz rayonu Kərimli kəndi ərazisində kənd sakini Elçin Babayevdə qanunsuz olaraq təbiətdən götürülən, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan Qara çalağan quşu aşkar edilib.

Oxu.Az xəbər verir ki, faktla bağlı E. Babayev barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

Qara çalağan quşu götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.

Quş reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri