13 
Avq
2018
10:47
14
436
2283
Virtual karabakh

Xaçmazda doğuş zamanı körpə öldü

13 Avq, 2018
10:47
2283

Xaçmazda doğuş zamanı körpə öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazda doğuş zamanı körpə ölüb.

Oxu.Az-ın məlumatına görə, Xaçmaz şəhər sakini, 1996-cı il təvəllüdlü Veyisova Könül Nazim qızı doğuş zamanı körpəsini itirib.

Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda ananın vəziyyəti stabildir:

“Regional Perinatal Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Ananın vəziyyəti xəstəxanaya çatdırılan zaman ağır olub. Uşağı əməliyyat edib, götürüblər. Amma yaşamayıb. Valideynlər gec müraciət edib”.

Qeyd edək ki, uşağın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə aparılıb.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri