14 
Avq
2018
09:14
463
35
6992
Virtual karabakh

Bakı küçələrində süpürgəçiləri texnika əvəzləyəcək - FOTO

14 Avq, 2018
09:14
6992

Bakı küçələrində süpürgəçiləri texnika əvəzləyəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı küçələrinin təmizliyi üçün xüsusi texnika gətiriləcək.

Bakı şəhər İcra Hakimiyyətindən Oxu.Az-a daxil olan məlumata görə,  son zamanlar süpürgəçi qadınların iş başında ölməsi barədə məlumatların çoxalmasından sonra vəziyyətin kökündən dəyişdirilməsi üçün tədbirlər görülür.

Bundan əlavə, prezident İlham Əliyevin göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq.

“Əlbəttə, iş prossesində insan amili qalacaq, lakin minimuma endiriləcək. Öz vəzifə öhdəliklərini yerinə yetirən zaman kommunal xidmət əməkdaşlarının ölümü faciədir və qəbuledilməzdir”, - məlumatda vurğulanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri