14 
Avq
2018
18:33
683
319
23098
Virtual karabakh

Bakıda Türkiyəyə dəstək aksiyası: dollara od vurdular – VİDEO

14 Avq, 2018
18:33
23098

Bakıda Türkiyəyə dəstək aksiyası: dollara od vurdular – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Türkiyə səfirliyinin qarşısında türk iqtisadiyyatına dəstək aksiyası keçirilib.

Oxu.Az “Anadolu” agentliyinə istinadə xəbər verir ki, aksiyada “Bakı Müharibə Veteranları Şurası” və “Osmanlı intibahı xalq hərəkatı”nın nümayəndələri iştirak ediblər.

Türkiyə və Azərbaycan bayraqları, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsvirini başı üzərində qaldırmış aksiya iştirakçıları ABŞ-a qarşı və türk iqtisadiyyatına dəstək şüarları səsləndiriblər.

İştirakçılar həmçinin Türkiyəyə dost ölkələri dollardan imtina etməyə və türk lirəsi ilə hesablaşmalara keçməyə, həmçinin türk mallarını almağa səsləyiblər. Aksiya zamanı etiraz əlaməti olaraq, ABŞ dollarları da yandırılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri