18 
Avq
2018
11:36
174
293
29175
Virtual karabakh

Əxlaqsız saytların bloklanması VPN-ə tələbatı kəskin artırıb

18 Avq, 2018
11:36
29175

Əxlaqsız saytların bloklanması VPN-ə tələbatı kəskin artırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

VPN – Virtual Private Network (Virtual Gizli Şəbəkə) internetə başqa bir IP ünvanından qoşulmağınızı yerinə yetirən xidmətdir.

Son günlər bu xidmət ölkəmizdə daha çox istifadə olunmağa başlayıb.

Oxu.Az xəbər verir ki, sözügedən proqramlara tələbat o qədər artıb ki, VPN proqramları “İOS” əməliyyat sistemini dəstəkləyən smartfonlarda “Instagram” və “Whatsapp”dan sonra ən çox yüklənən tətbiqlər sırasında birincidir.

Analoji hal “Android” əməliyyat sistemini dəstəkləyən smartfonlar üçün də keçərlidir. Belə ki, “Play Store”da ən çox yüklənən ilk 11 proqram məhz VPN xidməti göstərən proqramlardır.

Qeyd edək ki, VPN xidmətlərdən dünyada 116 milyondan çox insan istifadə edir. VPN xidməti bloklanmış saytlara başqa ölkənin İP ünvanına qoşularaq daxil olmağa imkan verir.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri