18 
Avq
2018
14:40
33
881
8561
Virtual karabakh

Sumqayıtda vəhşilik: Sahibsiz itin gözlərini çıxardılar - VİDEO

18 Avq, 2018
14:40
8561

Sumqayıtda vəhşilik: Sahibsiz itin gözlərini çıxardılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda insanlığa yaraşmayan hərəkət törədilib. Şəhərin Nizami küçəsi 5 ünvanında yerləşən yaşayış binasının bloklarının birində naməlum şəxs sahibsiz itin gözlərini oyub.

Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı bina sakini Sürəyya Hüseynova Xəzər TV-yə məlumat verib. 

S.Hüseynovanın sözlərinə görə, işgəncə verilən it gecə saatlarında gətirilərək həmin binanın blokuna atılıb.

İlkin tibbi yardım göstərilməsi üçün it Sumqayıt şəhəri Baytarlıq İdarəsinə aparılıb. Lakin yaralı heyvanın həddindən artıq aqressiv olmasından ona yardım göstərmək mümkün olmayıb.

Daha sonra it reablitasiya keçmək üçün Evsiz Heyvanlarin Müdafiə İctimai Birliyinin Mərdəkan qəsəbəsində yerləşən sığınacağına yerləşdirilib.

Hazırda heyvanın vəziyyəti ağırdır.

Azərbaycan Heyvanları Müdafiəsi ictimai birliyinin heyvan haqları üzrə inzibatçısı Fərid Mənsurov bildirib ki, itin gözlərində əməliyyat gələn həftə aparılacaq: 

“İndi ona əl vurmaq olmur. Narkoza dözə bilməz, həddindən artıq işgəncəyə məruz qalıb”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, heyvanlara qarşı zorakılıq tətbiq edən şəxslər 500 manata qədər cərimə edilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri